Bu gün:

Göz küncümüzdə qaşınma varsa, bu nə deməkdir?


Gözlərin künclərində qaşınma, allergik konyunktivit də adlandırılan göz allergiyasının ümumi bir simptomudur. Göz allergiyası ev heyvanlarının cızıqları, polen, toz və kimyəvi maddələrə reaksiyadır. Əlavə simptomlar qızartı və qıcıqlanma, şişkin göz qapaqları, yanma və işığa həssaslıq da ola bilər. Göz allergiyası reseptsiz satılan göz damcıları və oral antihistaminiklərlə müalicə oluna bilər.

Quruluq gözlərdə qaşınma və yanma hissi yarada bilər. Quru gözləri olan insanlar tez-tez gözlərində bir şey olduğunu düşünürlər. Quru gözlər menopoz sonrası qadınlarda, 50 yaşdan yuxarı şəxslərdə və lazer göz əməliyyatı keçirən xəstələrdə tez-tez rast gəlinir.

Ətraf mühit amilləri, o cümlədən çirkləndiricilər və siqaret tüstüsü gözlərin qaşınmasına və yanmasına səbəb ola bilər. Əlavə səbəblərə xlor və mövsümi allergiya daxildir. Göz qaşınması üçün müalicələrə sərin kompreslər, süni göz yaşları və antihistaminik göz damcıları daxildir.

Mənbə: 411answers

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et