Qədim sivilizasiyalar minlərlə il ərzində insanları isti, quru iqlimdə daha rahat yerləşdirməyin əsas üsullarını bilirdilər. Müasir binalarda elektrik və kondisioner kimi imkanlar çox vaxt çox adi hesab olunur. Bu binalarda tez-tez şüşə fasadlar və pəncərələr var. Lakin 2024-cü ilin iyul ayında ABŞ-nin Hyuston bölgəsində Beril qasırğasından sonra yaşanan isti dalğası zamanı elektrik enerjisi günlərlə kəsildikdə, bu binalar dözülməz hala gələ bilər.

Bununla belə, min illər boyu sivilizasiyalar insanları isti və quru iqlimlərdə sığınacaqda saxlamağı bilirdilər. Memarlıq dizayneri və şəhər davamlılığı tədqiqatçısı Adriana Zuniqa-Teran bu qədim sivilizasiyaların istifadə etdikləri texnikaları və daha isti, daha quru şəraitdə yaşamaq üçün öyrətdikləri dərsləri araşdırıb. Zuniqa-Teran deyib: "Qlobal temperatur yüksəldikcə 2023 və 2024-cü illərdəki kimi təhlükəli isti yayların getdikcə daha çox yayılacağını və şiddətli fırtınaların daha çox elektrik kəsilməsinə səbəb ola biləcəyini göstərən araşdırmalar var". "Daha isti gələcəyə hazırlaşmaq üçün bu günün dizaynerləri keçmişdən dərs ala bilərlər.",– deyə bildirib.
Şumerlər: Birlikdə sərin qalmaq
Təxminən 6000 il əvvəl şumerlər indiki İraqın cənubunda isti və quru iqlimdə yaşayırdılar. Hətta o vaxtlar istiliyi idarə etmək üçün texnikalar hazırlamışdılar.
Mesopotamiya şəhərlərinin xarabalıqlarını tədqiq edən arxeoloqlar Şumer tikililərini istilik təsirini minimuma endirmək və daxili temperaturu sərin saxlamaq üçün qalın divarlar və kiçik pəncərələrdən istifadə etdikləri kimi təsvir edirlər.
Misirlilər: Küləyi idarə etmək
Qədim misirlilər də istiliyi saxlaya bilən materiallardan istifadə edirdilər. Saraylar daşdan tikilib, həyətləri var idi. Yaşayış binaları çiy kərpicdən tikilirdi.
Bir çox insanlar binalarında istilikdən qaçmaq üçün köçəri bir davranışa sahib idilər: Onlar gecələr daha sərin olan dam terraslarını yataq otağı kimi istifadə edirdilər.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
