Bu gün:

İnsanlar ən azı 55.000 il əvvəl Sakit okean adalarında yaşayırdılar


Qərbi Papuada tapılan yeni dəlillər insanların Sakit okeana ilk dəfə necə və nə vaxt köç etdiyinə dair yeni ipuçları təqdim edir. Arktikanın ucqar nöqtələrindən tutmuş ən isti səhralara qədər insanlar dünyanın demək olar ki, hər yerində sağ qalmağı, hətta inkişaf etməyi bacarıblar. Ancaq bunun necə baş verdiyini başa düşmək, xüsusən də Sakit Okean boyunca insan köçlərinin tarixini öyrənən tədqiqatçılar üçün çətin bir məqsəd olmuşdur.

Qərbi Papuadakı Raja Ampat arxipelaqındakı Waigeo adasında edilən yeni kəşf bölgədəki tarixdən əvvəlki miqrasiyalarla bağlı ənənəvi fikirləri alt-üst edib. Dylan Gaffney və Daud Aris Tanudirjo-nun The Conversation üçün məqaləsində izah etdiyi kimi, Mololo mağarasının qazılması zamanı - mağaranın adı "dərələrin qovuşduğu yer" mənasını verir. Arxeoloqlar Sakit Okean adalarında insan məskəninin ən qədim izini və hətta Afrikadan kənarda yaşayış yerinin ən qədim izini aşkar ediblər.

"Bu arxeoloji tapıntılar ən dərin təbəqələrdə nadir idi, lakin Oksford Universitetində və Vaykato Universitetində aparılan radiokarbon analizi insanların Mololoda indiyədək ən azı 55.000 il əvvəl yaşadığını göstərdi". Komandanın diqqətini xüsusilə cəlb edən, ağac qatranından hazırlanmış, cəmi bir neçə santimetr enində olan kiçik artefakt idi. Tədqiqatçılar hətta onun funksiyasının nə olduğuna tam əmin deyillər. Müasir təcrübələrə əsaslanaraq, onun yanacaq mənbəyi kimi istifadə olunduğunu irəli sürürlər. Amma onu bu qədər vacib edən bu deyil. İnsanlar tərəfindən bir neçə mərhələdə qəsdən hazırlanmış bir alət kimi Qərbi Papuanın tropik meşələrində yaşayan icmaların kompleks və mədəni cəhətdən xüsusi bacarıqlar inkişaf etdirdiyini göstərir.

"Mürəkkəb bitki emalı üsullarının istifadəsi göstərir ki, bu insanlar mürəkkəb, yüksək mobil və kiçik tropik adalarda yaşamaq üçün yaradıcı həllər tapmağa qadir idilər" ,- dedi Gadjah Mada-nın arxeologiya professoru və tədqiqat direktoru Tanudirjo.

Ancaq bölgəyə təsir edən siyasi və sosial böhranlar səbəbiylə bu günə qədər kifayət qədər öyrənilməmiş bir əhali olan qədim Qərbi Papualılar haqqında bizə məlumat vermək baxımından qazıntı əhəmiyyətli olsa da, bəşər tarixinin tapmacasına daha geniş şəkildə həyati bir parça əlavə edir.

Əslində, əcdadlarımızın Asiyadan nə vaxt və necə yarandığı və Sakit okeana necə yayıldığı arxeoloji ictimaiyyətdə böyük müzakirə mövzusudur: “Bu, bizim növlərimizin Afrikadan Asiya və Okeaniyaya nə qədər sürətlə yayıldığına böyük təsir göstərir" - Gaffney və Tanudirjo deyirlər. 

Ümumiyyətlə, tədqiqatçılar iki əsas fikirdə həmfikirdirlər: ya insanlar Sakit okeana cənub marşrutu ilə Avstraliyadan keçərək daxil olublar, ya da şimal marşrutu ilə Qərbi Papuaya doğru səyahət ediblər. İndiyə qədər hər iki istiqamətdə dəlillər dolayı olub, lakin bu qazıntı və xüsusən də qatran artefaktının təhlili ilə komanda təsdiq edir ki, onlar insanların Şimal marşrutu ilə Şimal marşrutu ilə getdiyinə dair ilk qəti, birbaşa radiokarbon tarixli dəlilləri tapıblar.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et