
Ağrı kəsicilərin zərərli təsirləri bir çox insanlar tərəfindən nəzərə alınmır. Ancaq bu dərmanların şüursuz istifadəsi bir çox müxtəlif sağlamlıq problemlərinə səbəb olur.
Ağrı kəsici adlanan və apteklərdə satılan dərmanlar, ümumiyyətlə, bel ağrıları, əzələ-skelet ağrıları, sınıqlar və ya diş ağrıları üçün üstünlük verilir. Bəzi ekspertlər iddia edirlər ki, hər bir orqanizmin öz ağrıkəsicisi var.
Bu o deməkdir ki, 'a' adlı ağrıkəsici bir insanın ağrısını aradan qaldırmağa kömək etdiyi halda, eyni ağrıkəsici başqa bir insana təsir etmir. Ancaq bəzi insanlar davamlı olaraq onlara faydalı olan ağrıkəsicilərdən istifadə etməyi vərdiş halına gətirirlər. Bu vəziyyət ümumi səhiyyə sistemi üçün son dərəcə zərərlidir. Ona görə də ağrıkəsicilərdən düzgün istifadə etməyi bilmək lazımdır.
Ağrı kəsicilər kimi ayrıca bir kateqoriyada olan dərmanlar, ümumiyyətlə, əzələ-hərəkət sistemi ilə əlaqəli ağrıları aradan qaldırır. Ölkəmizdə qol, ayaq, boyun, diş və böyrək kimi orqanlarda, xüsusilə, baş ağrılarında ağrıkəsicilərdən dərhal istifadə edilir. Ancaq bu, çox yaxşı vərdiş deyil. Əslində, bədənə lazım olduğundan çox ağrıkəsici vermək orqanizmin bu dərmana qarşı immunitet qazanmasına səbəb olur və ağrıları aradan qaldırmır. Davamlı olaraq eyni ağrıkəsiciləri vərdişlərinə görə istifadə edən insanların ağrıları psixoloji olaraq artır.
Düzgün ağrıkəsicilərdən necə istifadə etməli?
Əgər insan davamlı olaraq eyni ağrıkəsicidən istifadə edərsə, bu dərman bir müddət sonra insana təsirini itirər. Tez-tez istifadə edilən ağrıkəsicilərin tərkibindəki maddələr bədən tərəfindən tanınır və orqanizmin bu maddələrə qarşı immunitet qazanmasına səbəb olur. Bu səbəbdən istifadə edilən ağrıkəsicilərin müəyyən müddətdən sonra dəyişdirilməsi lazımdır.
Mənbə:medicalpark
Tərcümə etdi:Nuray Mürsəlova
