Bu gün:

Yeni bir şey öyrənəndə beyində nə baş verir?


Beyin qıvrımları (girus və sulci) zəka və ya öyrənmə qabiliyyəti ilə birbaşa əlaqəli deyil. Anatomik fərqlərdən başqa, bütün insanlarda eyni sayda beyin qıvrımları var.

Beynin əyri strukturu təkamül prosesi zamanı kəllə sümüyündə artan beyin həcmini uyğunlaşdırmaq üçün formalaşdırılıb. Dölün inkişafı zamanı düz olan beyin, neyronlar böyüdükcə əyri olur və bu quruluş biz doğulanda sabitləşir.

Öyrənmə prosesi beynin fiziki strukturunu makro səviyyədə dəyişmir və qıvrımlar artmır. Bununla belə, öyrənmə sinapsları və neyronları dəstəkləyən hüceyrələrin sayının artmasına səbəb olur. Bu fenomen "beyin plastikliyi" adlanır. Yeni neyronların əmələ gəlməsi ehtimalı məməlilərdə tam sübuta yetirilməyib.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et