Bu gün:

Asudə vaxt xəstəliyi


Sinə Xəstəlikləri Mütəxəssisi Prof.Dr. Şövkət Özkaya tibb ədəbiyyatında yeni nəsil xəstəliyi kimi tanınan "boş vaxt xəstəliyinin" bədən ağrıları, baş ağrıları, yorğunluq, yüngül qızdırma və qripə bənzər simptomlar göstərdiyini bildirib.


 “Asudə vaxt xəstəliyi” haqqında məlumat verən Prof. Dr. Şevket Özkaya, tətildən qayıtdıqdan dərhal sonra özünüzü pis hiss edir, bədən ağrıları, baş ağrıları, yorğunluq, qızdırma və s. kimi qripə bənzər simptomlar göstərirsinizsə sizdə "asudə vaxt xəstəliyi" var deyib.

 Bir çox insanlar üçün səyahət yorucu bir təcrübə ola bilər və bədənə zərər verə bilər. İstər avtomobillə qısa bir səyahətə çıxırsınız, istərsə də təyinat yerinə uçsanız, səyahət edənlərin bir müddət səyahət etdikdən sonra evə xəstə və inciklik hissi ilə qayıtması adi haldır.
Şevket Özkaya xəstəlik və onun əlamətləri ilə bağlı bu məlumatları verdi: “İnsanlar artıq vaxt darlığı və iqtisadi səbəblərdən həftələrlə davam edən uzun tətillər yerinə bir neçə günlük qısa və sürətli tətillərə üstünlük verirlər. Bu qısa və sürətli tətildən sonrakı "asudə vaxt xəstəliyi" olaraq da bilinən psixoloji təsirlərə malikdir və müntəzəm olaraq istirahətə vaxt ayırmayanların adətən bayramlar zamanı və sonrasında və ya həftə sonları xəstələnməsinə səbəb olur.

Mənbə: CNN Türk

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et