İslandiya Meteorologiya İdarəsinin (IMO) məlumatına görə, yerli vaxtla saat 21.26-da baş verən partlayış nəticəsində kiçik təkanlar yaşanıb.
IMO saat 22.37-də 4 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Vulkandan püskürən lava gecə səmasını işıqlandırarkən, yarımadanın Qrindavik şəhəri partlayışdan sonra boşaldılıb.
Ölkənin Reykjanes yarımadasında iki vulkan 2023-cü il dekabrın 18-də və yanvarın 14-də püskürüb. Grindavik qəsəbəsində yaşayan təxminən 4 min adam dekabr ayında baş verən partlayışdan əvvəl tədbir olaraq noyabr ayında təxliyə edilib və qəsəbə sakinlərinin kiçik bir hissəsi bölgəyə geri dönmüşdü.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
