Bu gün:

Ay torpağından su hasil etmək üçün yeni üsul


Çinin Chang'e-5 kosmik gəmisi 2020-ci ildə Aydan torpaq nümunələri gətirib. Bu nümunələri araşdıran tədqiqat qrupu reqolitdəki mineralların yüksək miqdarda hidrogen ehtiva etdiyini təyin edib.

Tədqiqatlarını nəzərdən keçirilən “The Innovation” jurnalında dərc edən komanda qeyd edib ki, torpaq qızdırılan zaman hidrogen digər elementlərlə reaksiya verir və su buxarı əmələ gətirir.

Üç illik dərin araşdırmalardan və təkrar yoxlamalardan sonra Ay torpağından istifadə edərək böyük miqdarda su hasil etmək üçün tamamilə yeni bir üsul kəşf edildi və bu, gələcək elmi tədqiqatların layihələndirilməsi və kosmos tikintisi üçün mühüm əsas yaradacağı gözlənilir.

ABŞ və Çin arasında Ayın resurslarını tapmaq və çıxarmaq yarışı davam edərkən bu kəşf Çinin onilliklər boyu davam edən daimi Ay bazası yaratmaq layihəsi üçün mühüm nəticələr verə bilər.

NASA-nın Administratoru Bill Nelson dəfələrlə Çinin kosmik proqramında sürətli irəliləyişlər və Pekinin Aydakı ən zəngin resurs yerlərində hökmranlıq etməsi ehtimalı barədə xəbərdarlıq edib. Araşdırma nəticəsində məlum olub ki, bu üsulla bir qram ərimiş Ay torpağından 51-76 mq su hasil edilir. Yəni 1 ton torpaqdan təxminən 50 litr su çıxarmaq olar.

Çin ümid edir ki, Ayın son və gələcək tədqiqi Rusiya ilə birgə işlədiyi Beynəlxalq Ay Tədqiqat Stansiyasının (ILRS) tikintisi üçün əsas olacaq.

Çin Kosmik Agentliyi 2035-ci ildə Ayın cənub qütbündə "əsas stansiya"nın qurulacağını, 2045-ci ilə qədər isə Ay orbitində bir kosmik stansiyanın əlavə ediləcəyini açıqladı.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et