Bu gün:

Sol əllə yazı yazmaq yüksək zəka göstəricisidir?


Dünyanın bir çox istedadlı dahiləri solaxaydır. Bu adlar arasında Aristotel, Albert Eynşteyn, İsaak Nyuton, Motsart, Bill Qeyts, Leonardo da Vinçi və Pikasso var. Beləliklə, solaxaylar həqiqətən super ağıllıdırlar, yoxsa solaxaylar ağıllıdır? Bu vəziyyətin elmi izahı varmı?

Bu yaxınlarda edilən bir araşdırma, bir daha solaxaylığı artan riyaziyyat bacarıqları ilə əlaqələndirib. Bu, solaxay insanların dahi olma ehtimalını artırır.

IFL Science müxtəlif yaşlarda, müxtəlif riyaziyyat çətinlik səviyyələrinə malik 2300 insan üzərində bir sıra təcrübələr aparıb.

Onlar hər bir iştirakçıdan əl qabiliyyətini qiymətləndirmək üçün eyni sorğunu doldurmağı xahiş ediblər. Nəticələr "sadə hesab apararkən sol və sağ əllilər arasında heç bir fərq olmadığını" göstərib. Ancaq çətin problemlərin həllinə gəlincə, solaxaylar digərlərini üstələyiblər.

Mənbə: gunes.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et