Bu gün:

Florida dülgər qarışqaları yaralı dostlarının ayaqlarını kəsib sağalda bilər


Cərrahiyyə yolu ilə həyatını xilas etmək artıq insanlarla məhdudlaşmır.

Qarışqalar arasında yara baxımı da tamamilə yeni bir hadisə deyil.

2023-cü ildə nəşr olunan bir məqalədə, Megaponera analis adlı fərqli bir qrup qarışqanın mümkün infeksiyaları basdırmaq üçün yaralara antimikrobiyal birləşmələr vurmaq üçün xüsusi bir bezdən istifadə etdiyi aşkar edilmişdir.

Florida dülgər qarışqalarını (Camponotus floridanus) xüsusi edən, onların belə bir vəzi olmadığı üçün yuva yoldaşlarını müalicə etmək üçün yalnız mexaniki üsullardan istifadə edirlər.

Nəşr edilmiş bir araşdırmada elm adamları Florida dülgər qarışqalarının yuva yoldaşlarının yaralı əzalarını yara təmizləmə və ya amputasiya yolu ilə müalicə etdiklərini müşahidə etdilər.

Tədqiqatçılar qarışqaların “müalicələrinin” effektivliyini eksperimental olaraq sınaqdan keçiriblər. Sağalma prosesinə töhfə verməklə yanaşı, müalicələrin də yara üçün xüsusi olaraq seçildiyi görüldü.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et