Feynmanın öyrənmə texnikası və onun sitatları: Bütün kainat bir qədəh şərabdadır! 
Bir şair deyib: “Bütün kainat bir qədəh şərabdadır”. Onun bunu hansı mənada nəzərdə tutduğunu, yəqin ki, heç vaxt bilməyəcəyik. Ancaq bir stəkan şəraba kifayət qədər diqqətlə baxsaq, bütün kainatı görərik.
Feynman öyrənmə texnikası
Feynman Texnikası öyrənmənizi sürətləndirməyin ən yaxşı yoludur. Və hansı mövzudan asılı olmayaraq işləyir. Nobel mükafatlı fizik Riçard Feynman tərəfindən hazırlanmış bu texnika daha yaxşı öyrənmək üçün müəllimin gücündən istifadə edir.
İnformasiya o zaman öyrənilir ki, siz onu izah edə və müxtəlif vəziyyətlərdə istifadə edə biləsiniz. Feynman Texnikası yeni bir şeyi təcrid olunmuş, faydasız faktlara çevirməkdənsə, qarşılaşdığınız ideyalardan daha çox istifadə edir.
Feynman texnikası
Feynman Öyrənmə Texnikası dörd addımdan ibarətdir və Riçard Feynmanın əvvəlcə istifadə etdiyi metoda əsaslanır. Addımlar aşağıdakı kimidir:
1. Öyrənmək istədiyiniz konsepsiyanı altıncı sinif şagirdinə öyrədirmiş kimi davranın.
2. Başa salmaq metodunuzdakı boşluqları müəyyənləşdirin. Daha yaxşı başa düşmək üçün mənbə materialına qayıdın.
3. Təşkil edin və sadələşdirin.
4. Ötür.
Feynman Texnikası təkcə öyrənmək üçün əla yol deyil, o, ideyaları bir-birindən ayırmağa və onları sıfırdan yenidən qurmağa imkan verən fərqli düşüncə tərzinə açılan pəncərədir. O, həmçinin başqalarından öyrənməni həddən artıq yükləməyə imkan verir.
Mənbə: evrimağacı.com
Tərcümə etdi: Aytac Musayeva
