Kermitops gratusun ilk əsl suda-quruda yaşayanlardan biri və həyatın sudan quruya keçidində mühüm addım olduğu düşünülür.

Tədqiqatçılar yazır: “Bölgənin paleo-gölünün yaxınlığında yerləşən bu incə qum yataqlarının tərkibində azca duzlu su da var idi. Bu qarışıq daha böyük heyvanların tələyə düşdüyü bir bataqlıq kimi xidmət edə bilər".
Alimlər Smithsonian Milli Təbiət Tarixi Muzeyinin kolleksiyasında 270 milyon illik amfibiya əcdadının daşlaşmış kəllə sümüyünü aşkar ediblər. Tədqiqatçılar yeni bir məqalədə fosili ikonik kukla Kermit Qurbağanın şərəfinə Kermitops gratus adlandırdıqları yeni bir proto-amfibiya növü kimi təsvir edirlər.
Yeni məqalənin aparıcı müəllifi və Corc Vaşinqton Universitetinin doktorantı Calvin So hesab edir ki, yeni növün 1955-ci ildə kuklaçı Cim Henson tərəfindən yaradılan məşhur qurbağa obrazının adının verilməsi onun istifadəsi nəticəsində əldə edilən elmi kəşflər haqqında ictimaiyyətin məlumatlılığını artırmaq üçün bir fürsətdir. Kermit adından istifadə muzey paleontoloqları tərəfindən edilən elmi geniş ictimaiyyətlə necə əlaqələndirə biləcəyimizə dair əhəmiyyətli təsirlərə malikdir. Çünki bu heyvan müasir suda-quruda yaşayanların uzaq qohumudur, Kermit isə müasir suda-quruda yaşayan ikonadır, ona görə də bu, onun üçün mükəmməl ad idi.
Mənbə: arkeofili.com
Tərcümə etdi: Fatimə Şükürova
