Tədqiqatçılar 4000 illik gil lövhədə tapılan materialların siyahısından istifadə edərək Tunc dövrünə aid gəmini yenidən qurdular. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi sahillərində keçi tükündən hazırlanmış yelkənli 4000 illik gəminin təxminən 18 metrlik surəti suya salınıb.

Zayed Universitetindən verilən açıqlamaya görə, gəmi iki gün ərzində dənizdə çoxsaylı sınaqlardan keçib. Ərəb körfəzində 50 dəniz mili qət etdi və sürəti 5,6 düyünə (6,4 mil) çatdı. Arxeoloqlar və mühəndislər qrupu Zayed Universiteti, Abu Dabidəki Nyu York Universiteti və Zayed Milli Muzeyi arasında əməkdaşlıq çərçivəsində gəminin dizaynını hazırlayıb. Replika bir vaxtlar Mesopotamiya və Cənubi Asiya kimi nöqtələrlə ticarəti asanlaşdıran “Magan” gəmisindən sonra modelləşdirilmişdir. Keçmişdə Magan gəmilərinin hissələri Əbu-Dabi sahillərindəki Umm an-Nar adasında aşkar edilib. İndi tədqiqatçılar replika gəmidən bölgədə yaşayan Tunc dövrü insanlarının həyat tərzi və sənətkarlığı haqqında yeni məlumatlar əldə etmək üçün istifadə etmək istəyirlər.
Layihə meneceri Tayla Klelland dedi: “Elə hiss olunurdu ki, biz tarixi canlandırırıq, uzaq keçmişi indiki ilə əlaqələndiririk” – deyir. “Magan gəmisini ilk dəfə suda üzən görmək həqiqətən nəfəs kəsici idi və gözlərim yaşardı".
Minlərlə il əvvəl “Maqan” indiki Birləşmiş Ərəb Əmirlikləri və Omanın bəzi hissələrində yerləşən bölgənin adı idi. Mütəxəssislər gəmini yenidən qurmaq üçün eramızdan əvvəl 2100-cü ilə aid gil lövhəyə istinad etdilər ki, orada tələb olunan tikinti materialları təfərrüatlı şəkildə göstərilib.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
