
Tədqiqatçılar 50 vampir yarasaya kiçik “kürək çantalarına” bənzəyən kompüterləri gecə yemək axtarışı zamanı hərəkətlərini izləmək üçün bağlayıblar.
Yarasalar gündüzlər Panamada içi boş bir ağacı paylaşırdılar, gecələr isə yaxınlıqdakı otlaqlarda inəklərə vurduqları yaralardan qan içərək qidalarını alırdılar.
İzləmə məlumatları göstərdi ki, vampir yarasalar qrup halında deyil, ayrı-ayrılıqda yeməyi üstün tuturlar və sosial əlaqələr quranlar ov zamanı yenidən qruplaşırlar. Tədqiqatçılar bunun yemək üzərində koordinasiya forması olduğunu düşünürlər.
Onlar qan əldə etməkdə bir-birlərinin uğurlarından istifadə edə və qida ehtiyatları uğrunda yarışarkən digər yarasa qrupları ilə güclərini birləşdirə bilərlər.
Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova
