Bu gün:

Universitetlərimiz bu baxımdan itirirlər- Ekspert danışdı


24media.az -ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Təhsil Eksperti İlqar Orucovdur.

Ekspert xarici tələbələrin Azərbaycan universitetlərinə olan marağından danışıb.



Azərbaycan universitetlərinə xarici tələbələrin marağı necədir?

- Azərbaycan universitetlərində xarici tələbələr, daha çox, Neft və Sənaye Universitetindədir. Lakin bu xarici tələbələrin çox olmağı demək deyil. Tələbə universitetlərin beynəlxalq reytinqini müəyyən edərkən xarici tələbə sayına baxır. Tələbələr, daha çox, Orta Asiya, Türkiyə, Pakistan, İran və digər ölkələrin vətəndaşlarıdırlar. Eyni zamanda, universitetlərdə əsas amil yataqxanaların və təhsilin keyfiyyətli olmasıdır. Universitetlərimiz bu baxımdan itirirlər. Bu istiqamətdə mütləq şəkildə işlər görülməlidir.  

24media.az qeyd edir ki, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan statistikaya əsasən,  cari ilin yanvar ayında  ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 96 xarici ölkədən 7,1 min tələbə də təhsil alır. 

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et