Bu gün:

Dünyada nə qədər solaxay insan var?


Bütün dünya əhalisinə əsasən, sağ əllilərin sayının daha çox olduğu və çox az insanın solaxay olduğu düşünülür. Bəs onların həqiqi sayı nə qədərdir? Alimlərin bu suala verdiyi rəqəmlər çox müxtəlifdir. Bəziləri 3 faiz, bəziləri isə 15 faizdən çox olduğunu deyir. Mütəxəssislərin təxminləri arasındakı fərqin səbəblərindən biri mədəni təsirlər, digəri isə tədqiqat qruplarının kiçik olmasıdır. Əksər alimlər tədqiqatlarını yalnız öz ölkələrindəki insanlar üzərində aparırlar. Amma aparılan ən böyük araşdırma göstərir ki- Sağ və solaxay istifadəçilərin sayı ölkədən ölkəyə çox dəyişir.


Solaxayların sayı ölkələrin mədəniyyətindən asılı olaraq dəyişir.


Solaxaylardakı bu fərqlərin bir çox səbəbi ola bilər. Bəzi insanlar yazı və ya yemək üçün sol əlindən, gigiyena üçün isə sağ əlindən istifadə edirlər. Bu, bəzi sosial tabuların da əksi ola bilər. Solaxayların sağ əlindən istifadə etməyə yönəldildiyi bəzi ölkələrdə solaxayların nisbəti daha aşağı ola bilər. Buna görə də, nə qədər insanın solaxay olduğuna dair bir araşdırma ideal olaraq bütün dünyanı əhatə edən məlumat dəstlərini əhatə edəcəkdir.


2,3 milyon insanla solaxaylıq araşdırması:

Meta-analiz metodu ilə 2,3 milyon insanla indiyə qədər aparılan ən əhatəli və nəşr edilmiş araşdırma ortaya çıxıb. Nəticə təəccüblüdür: Dünyada solaxaylıq nisbətinin 9,3% ilə 18,1% arasında olduğu, ideal nisbətin isə 10,6% olduğu məlum olub.


Mənbə: haberturk.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et