Bu gün:

48 il boş yerə həbsxanada, 7 milyon dollar


ABŞ-da günahsız 48 illik həbs cəzasını çəkdiyi məlum olan və keçən ilin dekabrında azadlığa çıxan Glynn Ray Simmons, boşa sərf etdiyi həbsxana vaxtının təzminatı üçün Oklahoma Siti ştatının Edmond qəsəbəsinə qarşı açdığı məhkəmə iddiasını qazandı.

Bildirilib ki, Edmond Şəhər Şurası Simmonsa 7,15 milyon dollar təzminat verməklə işi həll etmək üçün səs verib. 71 yaşlı Simmons 1974-cü ildə Oklahoma Sitidə spirtli içki mağazasını qarət edərkən Kerolin Syu Rocersin qətlinə görə 1975-ci ildə məhkum edilmiş və ölüm cəzasına məhkum edilmişdir. Qətl zamanı Luiziana ştatında olduğunu deyən və iddiaları rədd edən Simmonsun cəzası daha sonra ömürlük həbslə əvəzlənib. 48 il 1 ay 18 gün həbsdə olan Simmonsun ötən il heç bir günahının olmadığı aydın olub. O, ABŞ-da sonradan bəraət qazanan məhbuslar arasında ən uzun həbs cəzasını çəkən şəxs oldu. 

Mənbə: Huriyet.com.tr 

Tərcümə etdi: Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et