Bu gün:

Musiqiyə qulaq asmaqla şəfa tapmaq mümkündürmü?


Günümüzə səhərlər eşitdiyimiz zənglə başlaya və gün ərzində fərqli musiqilər eşidə və ya dinləyə bilərik. Sevindikdə aktiv musiqiyə, kədərlənəndə yavaş musiqiyə, qəzəbli olanda yüksək səsli musiqiyə üstünlük veririk. Əslində, bunu etməklə biz səslərin beynimizdəki təsirindən istifadə edirik. Beləliklə, bu təsirdən yaxşı məqsədlə müalicə, ağrı kəsici kimi istifadə edə bilərik.


Depressiya və stresslə bağlı araşdırmalar musiqi dinləyərkən beyində xoşbəxtlik hormonları olaraq da bilinən endorfin və dopamin kimi hormonların ifraz olunduğunu göstərib. Bu hormonlar sayəsində stress səviyyələri və narahatlıq azalır, eyni zamanda immunitet sistemi də tənzimlənir. Amerika Psixoloji Dərnəyi tərəfindən aparılan bir araşdırma göstərdi ki, rahatlaşdırıcı musiqi dinləyən uşaqların stress səviyyəsi dinməyən uşaqlardan çox aşağıdır. Dinlədiyimiz musiqinin növünün stress səviyyələrində böyük rol oynadığını da bilirik. Yaddaş və musiqi arasındakı bu əlaqə Alzheimer xəstələri üçün müalicə olaraq istifadə olunur. Nevroloq Oliver Saks bunu belə izah edir: “Musiqi emosiya oyadır”. O, bunu bu sözlərlə yekunlaşdırıb: 2014-cü ildə edilən bir araşdırmada; Yuxu pozğunluğu, əzələlərdə geniş yayılmış ağrı və həssaslıq, həddindən artıq yorğunluq və halsızlıq əlamətləri olan fibromiyalji sindromlu xəstələrə seçdikləri rahatlaşdırıcı musiqi dinlədilib. Sonradan ağrının azaldığı və xəstənin funksional hərəkətliliyinin yüksəldiyi müşahidə edildi. Bu araşdırma nəticəsində bədənimizin təbii ağrıkəsiciləri olan opioidlərin rahatlaşdırıcı musiqi və ağrıları azaltmaqla tetiklendiği görüldü.

Bundan əlavə, musiqinin beyin funksiyalarını tənzimləməsinə böyük təsiri tədqiqatlarla təsdiq edilmişdir. Müşahidə olunub ki, epilepsiya xəstələrində qıcolmanın başlanğıcında rahatlaşdırıcı

 musiqi çalındıqda beyin tutma ilə deyil, musiqi ilə sinxronlaşır. Xəstələr stressdən yarana biləcək qıcolmalar zamanı musiqidən rahatladıqlarını bildiriblər. İnsult xəstələrini tədqiq edən alim, insultdan sonra 3 ay ərzində musiqi dinləyən xəstələrin şifahi yaddaşlarını təxminən 60% bərpa etdiyini müəyyən edib. Bundan əlavə, Parkinson xəstələri üçün musiqi ilə beyin arasındakı əlaqəyə əsaslanaraq fərqli müalicə üsulları axtarılır.

Bütün bu müalicələr içimizdə gizlənən duyğuları və xatirələri ortaya çıxarmaq üçün bədən və beyin arasında rahatlaşdırıcı musiqinin qurduğu körpü sayəsində əldə edilir. Müalicə olaraq hansı musiqi və ya səs dalğalarından istifadə edilə biləcəyi günümüzün ümumi araşdırma mövzularından biridir.

Mənbə: bilimup.com

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et