Bu gün:

Telefon asılılığından necə xilas ola bilərik?


Telefon asılılığı bir çox insanın, xüsusilə də gənclərin diqqətini itirməsinə, süründürməçilikdən tutmuş tapşırıqları yerinə yetirə bilməməyə kimi bir çox sosial və psixi problemlərə səbəb olur. Sosial medianın bənzərsiz dünyası, hər an hər şey üçün darıxacaqmış kimi hiss etmək, telefonsuz hərəkət edə bilməmək, bütün bunlar telefon asılılığının hissələridir.

Bəs telefon asılılığından azacıq da olsa qurtulmaq üçün nə edə bilərik? 

Bu mövzuda çalışan psixoloq Larry Rosen, orta hesabla bir yetkinin hər gün telefonunun kilidini 70 dəfədən çox açdığını ifadə edərək, "Sosial media tətbiqinə daxil olanda, ona nəzarət etmək və cavab vermək üçün artıq bir "sosial məsuliyyət" hiss edirik. Onlar bu saytlardan istifadə etməyə borcludurlar, çünki onun bütün dostları oradadır" deyir.

Araşdırmalar göstərib ki, bu texnologiyadan nə qədər uzun müddət istifadə ediriksə, bir o qədər mənfi nəticələrlə qarşılaşırıq. Bu proqramları istehsal edən şirkətlər sizin onlardan istifadə və asılılığınızdan faydalanır. Asılılığa səbəb olan tətbiqlərin istifadə

Müddətini qısaltmaqla başlaya bilərik. Telefondan tamamilə imtina etmək əvəzinə, bir növ sistemli desensitizasiya prosesini tövsiyə edirik. Yuxudan oyandığınız zaman ilk işiniz telefonunuza baxmaq əvəzinə pəncərəni açıb çölə baxmaq ola bilər. Gecələr interneti söndürməyi unutmayın. Vaxt limiti təyin etməklə siz müəyyən müddət ərzində telefonunuzla məşğul ola bilərsiniz.

İrəli səviyyədə bir asılılığınız varsa və bu, sizdə stress və narahatlıq pozğunluğuna səbəb olursa, fərqli üsullar ilə psixoloji dəstək ala və ya başqa dünyalara olan sıx marağınızı özünüzə yönəldə bilərsiniz. Əgər övladlarınız telefonlarına aludə olarsa, əvvəlcə öz istifadə vaxtınızı və modelinizi təhlil edin.

 Mənbə: bilimup.com

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et