Bu gün:

Solaxay insanlar daha ağıllıdırmı?


Dünya əhalisinin təxminən 10%-ni solaxay insanları təşkil edir. Corc Buş, Leonardo da Vinçi, Nikola Tesla və Bill Qeyts kimi tarixdə əhəmiyyətli gücə və ya nüfuza malik insanların solaxay olması solaxaylarla bağlı müxtəlif fərziyyələrin ortaya çıxmasına səbəb olub.

 

İtaliyada 6-17 yaş arasında olan 2300-dən çox sağ və solaxay şagirdin riyazi nailiyyətlərindəki fərqlər araşdırılıb. 2017-ci ildə “Frontiers” jurnalında dərc olunan bu araşdırmaya görə, asan məsələlərdə solaxay və sağ əlli tələbələr arasında böyük fərq olmasa da, çətin məsələlərdə solaxay şagirdlərin şifahi ifadələri işlətməkdə daha müvəffəqiyyətli olduğu müşahidə edilib. Bu araşdırmadan sonra elm adamları sol əldən istifadə ilə riyazi bacarıqlara sahib olmaq arasındakı əlaqəni araşdırmağa davam etdilər.

Üstəlik, sonrakı araşdırmalar göstərdi ki, sağ əllilərin solaxaylara nisbətən cüzi intellektual üstünlüyü var. 2017-ci ildə Neuroscience and Behavioral Reviews jurnalında dərc edilən bir araşdırmada 20400-dən çox insanın məlumatlarını ehtiva edən digər araşdırma nəzərdən keçirilib. Bundan əlavə, sağ əllilərlə qarışıq əllilər arasında orta İQ ballarında böyük fərq olmadığı müşahidə edilmişdir. Müəyyən edilib ki, sağ əllilərin solaxaylara nisbətən orta hesabla cüzi dərəcədə yüksək IQ var. Ümumiyyətlə, ümumi əhali qrupları arasında intellekt fərqləri əhəmiyyətsizdir.

Zamanla formalaşan ön mühakimə və ümumiləşdirmələr tarixə əhəmiyyətli təsir göstərmiş insanları və müasir ikona çevrilmiş saysız-hesabsız solçuları daha da təsirli edib. Bununla belə, solaxayların sağçılardan daha ağıllı olmaları fikrini ümumiləşdirmək düzgün olmazdı.

Mənbə: bilimup.com

Tərcümə etdi: Nuray Mürsəlova 


Paylaş
Şərh əlavə et