Bu gün:

Beynimizdəki əlaqələr yuxumuzun ilk yarısında sıfırlana bilər?


Tədqiqat üçün alimlər sinapsları (beyin hüceyrələri arasında əlaqə quran strukturlar) daha asan görünən optik şəffaf zebra balığından istifadə ediblər. Tədqiqat qrupu balıqları bir neçə yuxu-oyanma dövrü ilə izlədi.

Tapıntılar göstərdi ki, beyin hüceyrələri oyaq saatlarda daha çox əlaqə qurur, sonra isə yuxu zamanı pozulur.

Tədqiqat müəllifləri bu vəziyyəti belə izah edirlər:

"Biz oyaq olanda beyin hüceyrələri arasındakı əlaqələr güclənir və mürəkkəbləşir. Bu fəaliyyət dayanmadan davam edərsə, enerji baxımından dayanıqsız hala düşəcək. Beyin hüceyrələri arasında çoxlu aktiv əlaqə ertəsi gün yeni əlaqələrin yaranmasına mane ola bilər. Dəqiq funksiya yuxu sirr olaraq qalır." Bununla belə, beynin növbəti gün yeni şeylər öyrənməyə hazırlaşması üçün əlaqələrin zəiflədiyi "oflayn" dövr ola bilər.

"Əgər müşahidə etdiyimiz nümunələr insanlarda doğrudursa, bizim tapıntılarımız yuxu təzyiqinin hələ də aşağı olduğu günorta yuxuları zamanı sinapsların bu şəkildə yenidən qurulmasının gecədəki qədər təsirli olmaya biləcəyini göstərir."

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et