Bu gün:

Yeni araşdırma süni ətin dadını və iyini daha reallaşdıracaq


 Son zamanlar laboratoriya şəraitində hüceyrələrdən yetişdirilən toyuq, mal əti, donuz əti və balıq əti xəbərlərdə böyük maraqla qarşılanıb.

Lakin bu tədqiqatlar hələ inkişaf mərhələsində olduğundan, onlar irimiqyaslı istehsala hazır deyillər və yalnız bir neçəsi kommersiya istehsalına icazə verilmişdir.

Bundan əlavə, laboratoriyada kapilyar quruluşu təqlid etmək hələ mümkün olmadığı üçün tədqiqatçılar yalnız bir neçə millimetr uzunluğunda əzələ və ya yağ toxuması istehsal edə bildilər.

Daha sadə bir nümunə ilə, istehsal olunan ət toyuq döşündən daha çox külçəyə bənzər bir quruluşa sahib idi. Ancaq yeni bir araşdırma ilə süni ət sənayesi tamamilə fərqli bir nöqtəyə çata bilər. 

Tədqiqat nəticəsində laboratoriya şəraitində heyvanlardan alınan təbii yağlara bənzər tekstura və quruluşa malik piy toxuması istehsal oluna bildi.

Daha sonra komanda bu məhsulun təbii yağ xüsusiyyətlərinə malik olub-olmadığını yoxlamaq üçün əlavə təcrübələr aparıb.

Tapıntılar hüceyrələrdən yetişdirilən mədəni ətin istehsalına da tətbiq edilə bilər. Süni ətə daha real tekstura və ləzzət verilə bilər.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et