Bu gün:

Enerji içkilərinin müsbət və mənfi cəhətləri nələrdir?


Enerji içkiləri həddindən artıq işləmiş və ya yorğun insanlar üçün sürətli enerji artımı təmin edə bilsə də, onların bədənə bəzi mənfi təsirləri var ki, bunları görməzdən gəlmək olmaz. Ürək-damar problemləri və potensial çəki artımı enerji içkilərinin zərərləri arasındadır.

Müsbət tərəfi, enerji içkiləri enerjini artırır və zehni diqqəti kəskinləşdirir. İdmançılar, içkinin verdiyi əlavə enerji sayəsində məşqlərini artırmaq üçün tez-tez eneji içkiləri içirlər.

Enerji içkilərinin mənfi təsirləri orqanizmin onlara olan reaksiyalarında özünü göstərir. Enerji içkilərində adətən çoxlu şəkər var ki, bu da sağlam olmayan çəki artımına səbəb ola bilər. Enerji içkilərindən həddən artıq istifadə edənlər yüksək qan təzyiqi və nizamsız ürək döyüntüləri də daxil olmaqla, ürək-damar sistemini zədələmək riski ilə üzləşirlər. Enerji içkiləri də tez-tez narahatlıq və əsəbiliyə səbəb olur, içki içənin zehni fəaliyyət qabiliyyətini azaldır. Bu fiziki reaksiyalar əsasən enerji içkilərindəki həddindən artıq kofeindən qaynaqlanır. Səviyyələr sərinləşdirici içkilərdən daha yüksəkdir və heç bir şəkildə tənzimlənmir. Enerji içkilərinin mənfi təsirləri arasında baş ağrısı, yuxusuzluq, titrəmə, diabet və qusma da ola bilər.


Mənbə: 411answers

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et