Bu gün:

Niyə qırmızı rəng öküzləri qəzəbləndirir?


Qırmızı rəng öküzləri qəzəbləndirmir, bu yanlış məlumatdır. Korrida ənənəsi İspaniyada yaranmayıb. Məlumdur ki, qədim Yunan, Roma, Misir və Çin sivilizasiyalarında qədim zamanlarda öküzlərlə və insanlarla belə oyunlar olub. Üstəlik, öküzlər rəng korudur və qırmızını digər rənglərdən ayıra bilmirlər. Başqa sözlə desək, öküzün qırmızı başlığa hücum etdiyinə dair ümumi inanc tamamilə yanlışdır.

Buna səbəb İspaniyada matadorların həmişə qırmızı papaq və papaq geyinməsi olub. Əslində bu rənglər tamaşaçılara xoş görüntü vermək üçün seçilib. Buğaların meydanda qəzəblənməsinə səbəb ətrafdakı tamaşaçıların yüksək səslə alqışları, arenadakı aktivlik və onlara qarşı aqressiv münasibətdir. Buğalardan fərqli olaraq qırmızı rəng insanları cəlb edir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, bu rəng insanlarda həyəcan yaradır və ürək döyüntülərini sürətləndirərək təzyiqi artırır. Qırmızıya fizioloji reaksiyanın səbəbi tam məlum deyil. Ancaq belə bir həyəcanın qanla eyni rəngdə olduğu üçün zehni olaraq tətikləndiyi düşünülür.

Mənbə: popsci.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et