Bu gün:

İstiqamət hissini necə təkminləşdirirsiniz?


Orienteering klublarına qoşulmaq bunun üçün ən yaxşı seçimdir. İstiqamət hissini inkişaf etdirmək risk almağa olan münasibətimizi də dəyişir. Bəzi insanlar qorxduqları üçün araşdırmaq istəmirlər. Çox sayda böyüklərdə məkan narahatlığı var. Başlarına pis bir şey gələcəyini düşünürlər. Fernandez-Velaskoya: “Nə qədər çox hərəkət etsəniz, istiqamət hissini bir o qədər inkişaf etdirərsiniz. Problemin bir hissəsi odur ki, zəif istiqamət hissi olan insanlar özünə inamsızdırlar və istiqamət hissi tələb edən vəziyyətlərdən qaçırlar" - deyə bildirib.

Bundan əlavə siz naviqasiya proqramlarından istifadə etdikcə, sizin məkanı tapma bacarığınız inkişaf etmiş olur. Tətbiqdən istifadə edərkən istiqamətləri birbaşa izləmək əvəzinə, xəritəni kiçiltməklə ətrafdakı simvolik nöqtələri tapa bilərsiniz. 

Lazımi miqdarda yatmaq da istiqamət bacarığınızın inkişaf etməsinə və yolunuzu tapmaqda sizə kömək ola bilər. 54 və daha yuxarı yaşda olan insanların iştirak etdiyi araşdırmaya görə, gecə 7 saat yatmaq oriyentasiyaya yəni məkan, istiqamət anlayışına müsbət təsir göstərir.


Mənbə: BBC NEWS Türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et