Xaşxaş sülhü, ölümü və yuxunu simvollaşdırmaq üçün istifadə olunur.
Kanadalı cərrah Con Makkrae xəndək müharibəsi meydanında böyüyən xaşxaşlar haqqında məşhur bir şeir yazıb.

Qırmızı xaşxaş bir çox qərb ölkələrində müharibə zamanı həyatını itirənlərin xatirəsini anma simvolu kimi geyilir və nümayiş etdirilir. Bu ənənə I Dünya Müharibəsinin faciələrindən az sonra yaranıb.
Ağ xaşxaşın əhəmiyyəti də müharibə ilə bağlıdır. O, 1933-cü ildə sülh və bütün müharibələrə son qoyulmasını istəyən bir təşkilat tərəfindən simvol kimi təqdim edilib.
Mənbə : 411answers.com
Tərcümə etdi : Günay Ələsgərova
