Bu gün:

Ananın əhval-ruhiyyəsi körpənin danışığına təsir edə bilərmi?


Ana bətnində olan körpələrin dil inkişafı təxminən yeddinci ayda başlayır. Doğulana qədər anasının səsini yaxşı bilən körpə sevgi dolu səsi ilə doğuşdan sonrakı həyata daha asan uyğunlaşır. Körpələr doğulduqdan bir neçə gün sonra insan səsini digər səslərdən, ananın səsini isə başqalarının səsindən asanlıqla ayıra bilirlər.

 

Körpələrdə dil inkişafı

 

Körpələrdə dil və nitq inkişafının ən gərgin dövrü ilk üç ildir. İlk üç ayda səsləri eşitmək, üç-doqquz ay arasında səsləri birləşdirərək sözlər əmələ gətirmək, doqquz-on səkkiz ayda cümlələr yaratmağa qədər inkişaf edir. 


Bəs anlamaq qabiliyyəti olan körpələrdə nitqin gecikməsi nədən qaynaqlana bilər?

 

Danışmaq üçün zəruri olan qırtlaq, səs telləri kimi strukturlarda fizioloji problem yoxdursa, yəni eşitmə qavrayışı normaldırsa və körpənin nevroloji inkişafı kifayətdirsə, dil mənimsənilməsi təbii və düzgün şəkildə baş verir. Lakin nitq üçün zəruri olan komponentlərdən birində yaranan hər hansı problem nitqin gecikməsinə və ya dil bacarıqlarının gecikməsinə səbəb ola bilər.

 

Araşdırmalar göstərir ki, ananın əhval-ruhiyyəsi körpənin danışma qabiliyyətinə təsir edə bilər. Maks Plank "İnsan İdrak və Beyin Elmləri İnstitut"un tədqiqatçılarının anaların doğuşdan sonrakı əhval-ruhiyyəsinin uşaqlarının inkişafına təsirini araşdırdıqları araşdırmada anaların hələ tibbi müalicəyə ehtiyacı olmayan yüngül depressiya əhval-ruhiyyəsində olarkən uşaqlarda gecikmiş dil inkişafının erkən əlamətləri müşahidə olunub. Bunun səbəbi anaların yeni doğulmuş körpələrlə danışıq tərzi olduğu göstərilib.

 

Leypsiqdəki Maks Plank "İnsan İdrak və Beyin Elmləri İnstitut"unun alimləri başqa bir araşdırmada körpələrin analarının əhval-ruhiyyəsindən asılı olaraq, nitq səslərini bir-birlərindən nə qədər yaxşı ayıra bildiklərini araşdırıblar.

 

Bu qabiliyyət yaxşı inkişaf etmiş bir insan üçün vacib şərt hesab olunur. Səsləri bir-birindən ayırmaq olarsa, sözləri də bir-birindən ayırmaq olar. Əgər analar körpə doğulandan iki ay sonra daha mənfi əhval-ruhiyyəyə malik idilərsə, övladlarının orta hesabla altı aylıq dövrdə nitq səslərini daha az ayırd edə bildiyi, analarının əhval-ruhiyyəsi daha müsbət olan uşaqlara nisbətən nitqlərinin ləngidiyi müəyyən edilmişdir. Uşaq və Yeniyetmələrin İnkişafı üzrə professor və tədqiqatın aparıcı müəllifi Gesa Schaadt qeyd edir ki, pis əhval-ruhiyyəli analar körpələri ilə daha az danışırlar.

 

Mənbə:bilimup


Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et