Bu gün:

Balinaların yox olma təhlükəsi "real və qaçılmaz"


40 ölkədən 350-dən çox alim və ekoloq balinaları və delfinləri nəsli kəsilmək təhlükəsindən qorumaq üçün təcili qlobal tədbirlər görməyə çağırıb.

Alimlərin və ekoloqların imzaladığı məktubda balinaların və delfinlərin nəslinin kəsilməsinin “bıçaq kənarında” olduğu bildirilib.

Dənizlərdə həddindən artıq çirklənmə və istismara qarşı tədbir görülmədiyi üçün bu növlərin həyatımız boyu yox ola biləcəyi xəbərdarlığı edilmişdir.

Məktubda hətta böyük balina növlərinin də təhlükə altında olduğu vurğulanıb.

Məktuba rəhbərlik edən okeanoloq Mark Simmonds dedi: "Bu, balinaların təhlükədə olduğunu anladığımız və hər kəsin hərəkətə keçdiyi tarixi bir an olsun".

1970-80-ci illərdə "Balinaları xilas edək" şüarı altında keçirilən etiraz aksiyaları kommersiya balina ovunun dayandırılmasına kömək etdi.

Dünyanın bir çox yerində yaralanan balina populyasiyaları ov qadağaları sayəsində sağalma şansı əldə etsə də, insanların yaratdığı çirklənmə, yaşayış mühitinin itirilməsi və qlobal iqlim dəyişikliyi kimi səbəblərə görə hazırda ciddi təhlükə altındadır.

Ən böyük təhlükələrdən biri okeanlardakı balıq torunun qalıqlarıdır. Hər il təxminən 300 min balina və delfinlərin dəniz torlarına tutularaq öldüyü təxmin edilir.

Məktubu imzalayan alimlər bildirirlər ki, balina və delfinlərin nəsli kəsilməsinin qarşısını almaq olar, lakin bunun üçün təcili tədbirlər görülməlidir.

Məsələn, Şimali Atlantika balinalarından cəmi bir neçə yüz, Kaliforniya körfəzində isə 10-a yaxın delfin növü qaldığı bildirilir.

Məktubda Böyük Britaniya, ABŞ, Meksika, Cənubi Afrika və Braziliya da daxil olmaqla 40 ölkədən alimlərin və ekoloqların imzaları var.

Məktubda canlı balina və delfin növlərindən 90-nın ciddi təhlükə altında olduğu bildirilir.

• Avstraliyada sahilə çıxan və ölən balinaların sayı 380-ə yüksəldi

• İngiltərə sahillərində yuyulan qatil balinanın mədəsində plastik tullantılar tapıldı.

• Nə üçün Yaponiya hələ də balina ovuna davam edir?

• Mavi balina: 100 ildə üçüncü dəfə Sidney sahillərində göründü.

Mənbə: BBC.NEWS

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et