
Kiçik barmağınız masasının ayağına dəydiyi zaman hiss etdiyiniz ağrını xatırlayın. Yalnız bir neçə reseptorun stimullaşdırılması ilə meydana gələn bu ağrı, qısa bir müddət sonra beyin tərəfindən qəbul edilir. Çox güclü vursanız, bu ağrı daha şiddətli olur. Bu ağrı və ya ağrını təyin edən reseptorlar beyində tapılmır.
Ağrı, bədənimizin zərər görəcəyini düşündüyü zaman yaranan hissdir. Məsələn, isti sobaya toxunduqda, refleks olaraq əlinizi geri çəkirsiniz. Çünki, barmaqlarınızda nosiseptor adlanan çoxlu sinir hüceyrələri var. Bu nosiseptorlar ağrı reseptorları kimi tanınır və zərərli və ya toxuma zədələnməsinə səbəb olan istənilən vəziyyətə reaksiya verir. Ağrı da onlardan biridir. Nosiseptorlar stimullaşdırıldıqda, bu siqnalları əvvəlcə onurğa beyninə, sonra isə neyronlar vasitəsilə beyinə göndərirlər. Ağrının davamlılığından və şiddətindən asılı olaraq, beyin "tolerant" və ya "çox şiddətli" cavab verir. Çox şiddətli bir reaksiya meydana gəldikdə, bu ağrı dözülməz hal alır. Beynimiz bizi xəbərdar edir ki, problem var və onunla məşğul olmaq lazımdır. Qısacası, ağrı bir refleks olsa da, bədənimizdə yaxşı getməyən hadisələri fərq etməmizə kömək etmək üçün beynimizin yaratdığı problemin göstəricisidir.
Mənbə: BilimUP
Tərcümə etdi: Günay Məmmədova
