Bu gün:

Vegetarianlıq nə deməkdir ?


Vegetarian sözünü ilk dəfə 1944-cü ildə The Vegan Society-nin yaradıcılarından biri olan Donald Watson işlədib. Veqanizmin yayılması nəticəsində indi böyük metropollarda yalnız vegetarian yeməkləri təqdim edən restoranlar var, menyularında bəzi yeməklərin vegetarian olduğunu bildirən restoranların sayı artır və vegetarian supermarketləri açılır.

Vegetarianlıq və ya veqanizm müəyyən səbəblərə görə heyvan mənşəli qidalardan və məhsullardan istifadədən imtina etməkdir. Vegetarian qidalanma, vegetarian pəhrizin bir növü, tərkibində heç bir heyvan məhsulu və ya heyvan mənşəli inqrediyentlər olmayan pəhrizdir. Vegetarianlar ət, balıq, süd, yumurta, pendir, bal və jelatin kimi heyvan mənşəli inqrediyentləri olan heç bir qida  qəbul etmirlər. Bundan əlavə, vegetarianlar kosmetika və geyim kimi heyvanlar üzərində sınaqdan keçirilmiş və ya heyvanlardan alınan inqrediyentləri ehtiva edən məhsullardan istifadə etmirlər. Bəs hansı qidalara üstünlük verirlər ?


Paxlalılar: Noxud, mərci , lobya və lobya kimi paxlalılar yüksək protein tərkibinə malikdir.

Soya: Soya, tofu, soya südü və tempeh yüksək miqdarda protein ehtiva edir. 

Fındıq və yağlı toxumlar: Fındıq, badam, qoz, fıstıq, çia toxumu və kətan toxumu kimi qoz-fındıq və yağlı toxumlar da yüksək miqdarda protein ehtiva edir.

Tərəvəzlər: İspanaq, brokoli, brüssel kələmi, qulançar və yaşıl noxud kimi tərəvəzlər də yüksək protein tərkibli tərəvəzlər arasındadır.


Mənbə: NTV.com

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et