Bu gün:

Səudiyyə Ərəbistanı ölümsüzlüyü tapmaq üçün çalışır


Səudiyyə Ərəbistanının böyük neft sərvəti ona qlobal idman, elektrik avtomobilləri və texnologiya startaplarında dominant rollar almağa imkan verib. Krallığın növbəti məqsədi onun indiyədək ən iddialısı ola bilər: insan ömrünü uzatmaq.

Səudiyyə Ərəbistanının faktiki hökmdarı olan vəliəhd şahzadə Məhəmməd bin Salman qocalmaya qarşı yeni müalicə üsulları hazırlamaq üçün "Hevolution Foundation" adlı təşkilata ildə bir milyard dollardan çox vəsait ayırıb.

Bu, uzunömürlülüyün biologiyasına dair tədqiqatlar üçün mövcud olan qlobal maliyyəni əhəmiyyətli dərəcədə genişləndirə bilər - bu, hazırda əsasən ABŞ Milli Qocalma İnstitutundan gəlir.

Səudiyyə fondunun baş icraçı direktoru deyir ki, ilkin qrant pullarının böyük hissəsi ABŞ-dakı universitetlərə və startaplara gedəcək, burada elm adamları insanlar üçün qocalma prosesini yavaşladan, qarşısını alan və hətta geri qaytaran müalicə üsulları hazırlamağa çalışırlar.

Mənbə: Evrimagaciofficial.com

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et