Yalnız "məcburi ətyeyənlər" yalnız ət yeməlidirlər. Çünki bu heyvanların çox yüksək protein qəbuluna ehtiyacı var.

Pişiklər məcburi ətyeyən heyvanların ən məşhur nümunələrindən biridir. Bu səbəbdən pişiklər üçün vegetarian/vegan pəhrizi ümumiyyətlə tövsiyə edilmir.
İtlər, pişiklərdən fərqli olaraq, məcburi ətyeyən heyvanlar deyillər; Buna görə də, vegetarian və ya vegan pəhrizinə daha açıqdırlar. Lakin bu o demək deyil ki, bu növ pəhriz itlər üçün uyğun və ya üstünlük təşkil edir.
Nə pişiklər, nə də itlər bədənlərində A və D vitaminləri istehsal edə bilmirlər. Ona görə də bu iki məxluq bu vitaminləri kənardan qəbul etməlidir.
Ancaq bədənlərindəki biokimyəvi proseslərin düzgün işləməsi üçün almalı olduqları vitamin D növü D3-dür və bu, yalnız heyvan mənşəli məhsullarda olur.
Bitkilərdə olan D2 vitamini bu iki ətyeyən heyvan üçün kifayət deyil. Ancaq pişikləri itlərdən fərqləndirən başqa bir məqam da var: Taurin amin turşusu. Köpəklər bədənlərində taurin amin turşusu istehsal edə bilsələr də, pişiklər bunu edə bilmir.
Taurin heyvan toxumalarında bol olan bir amin turşusudur, buna görə də pişiklər heyvan mənşəli məhsullarla qidalanmalıdır.
Köpəklər vegetarian pəhrizə dözə bilsələr də, taurin çatışmazlığı çox ciddi problemdir və hər iki növdə kardiomiopatiyaya (zəif sancmalarla böyük ürək quruluşu, qan pompalama gücünün itirilməsi) səbəb ola bilər.
Mənbə: Evrimagaciofficial.com
Tərcümə etdi: Günay Məmmədova.
