Yaqaptorun sirli duyğu orqanı, həmçinin Jacobsonun hiss orqanı kimi tanınan, məməlilərin və sürünənlərin iybilmə mexanizmlərinin bir hissəsi olan orqandır. Jacobsonun sirli duyğu orqanı kimyəvi qəbuledici orqan sinfinə aiddir.

Yaqaptorun sirli hiss orqanı nədir?
Yaqaptorun sirli duyğu orqanı elm aləmində vomeronazal orqan və ya Jacobson hiss orqanı kimi tanınır. Yacobsonun sirli hiss orqanı, ən sadə tərifi ilə desək, qoxu hissi orqanıdır. Vomeronazal orqan burun septumunun anteroinferior hissəsində yerləşən və köməkçi qoxu sisteminin bir hissəsi olan bir quruluşdur.
Vomeronazal orqan burun septumunun yumşaq toxumasının yaxınlığında yerləşir. Burun boşluğunda, ağızda damaqdan yuxarıda yerləşir. Vomeronazal orqan adı bu orqanın qoşalaşmamış vomer sümüyünün yaxınlığında yerləşməsindən irəli gəlir.
Bu orqan bütün ilan və kərtənkələlərdə olur. İt və pişik kimi məməlilərdə də olur. Salamandrlarda burun vurma davranışı bu orqanın köməyi ilə həyata keçirilir. İlanlar ovlarını bu orqan sayəsində əldə edirlər. Ovdan gələn qoxuları iyləmək üçün dillərini çıxarır və qoxuları geri çəkmək üçün bu orqanlara toxunurlar.
Vomeronazal orqan həssas neyronların bədənlərinə malikdir. Onların uçucu olmayan üzvi birləşmələri aşkar edən reseptorları var. Bu uçucu olmayan birləşmələr təbiətdə mayedir. Bu reseptorlar bu siqnalları ətraf mühitdən bədənə ötürməyə kömək edir. Bu birləşmələr cinsi feromonlardan, yırtıcılardan və daha çoxundan ibarət ola bilər.
Mənbə: cnn.com
Tərcümə etdi: Fatimə Əsədzadə
