Maya Anjelu kim idi?
Maya Anjelu mükafata layiq görülmüş afro-amerikalı şair, yazıçı, aktrisa və vətəndaş hüquqları müdafiəçisi idi, 1969-cu ildə yazdığı "Qəfəsli quşun niyə oxuduğunu bilirəm" memuarı ilə məşhur olmuşdu.
Anjelu 1971-ci ildə "Ölməzdən əvvəl mənə soyuq su ver" şeir toplusuna görə Pulitser mükafatına namizəd oldu. O, 1993-cü ildə Prezident Bill Klintonun andiçmə mərasimində "Səhərin nəbzi" şeirini oxudu. Şeiri Grammy mükafatı qazandı, o, həmçinin yeddi tərcümeyi-hal, bir neçə şeir toplusu və pyeslərin, filmlərin və televiziya proqramlarının uzun bir siyahısını yazmışdı.
Anjelu ən çox satılan qeyri-bədii kitab yazarı və ssenari hazırlayan ilk afro-amerikalı qadın idi. O, 1973-cü ildə "Uzaq bax" tamaşasına görə Toni Mükafatına və 1977-ci ildə "Köklər" televiziya miniserialındakı köməkçi roluna görə Emmi Mükafatına namizəd olub.
Geniş karyerası boyunca Anjelu 2005 və 2009-cu illərdə iki NAACP Image mükafatı, 2000-ci ildə Milli İncəsənət Medalı və 2011-ci ildə Prezident Azadlıq Medalı da daxil olmaqla onlarla fəxri ad qazanmışdır.
Ölümündən əvvəl Anjelu şəxsi sənədlərini Harlemdəki Şomburq Qara Mədəniyyəti Araşdırma Mərkəzinə bağışladı. ABŞ Poçt Xidməti 2015-ci ildə Anjelunun şərəfinə möhür buraxdı.
Mənbə: 411answers.com
Tərcümə etdi: Zəhra Niftiyeva
