Nyu-Cersi sahillərində tapılan butulkada indiyə qədər aşkar edilmiş ən qədim şüşə mesajı ola bilər. Təsdiqlənsə, o, indiki rekordu 10 il üstələyəcək.

Müstəqillik Günü ərəfəsində çimərlikdə təsadüfi gəzinti Nyu-Cersi sakininin indiyə qədər tapılan ən qədim butulka mesajı üçün yeni dünya rekordu qırmasına səbəb ola bilər.
İyulun 3-də Corson's Inlet State Parkda gəzinti zamanı Smit Merfi qumdan çıxan mavi-yaşıl şüşəni gördü və içərisində tarixə qarşı çıxa biləcək bir mesaj tapdı. Şüşənin üzərində "Barr & Brother Philadelphia" sözləri yazılmışdır və bu şirkətin şüşələrinin 20-ci əsrdən əvvələ aid olduğu bilinir. Smyth Murphy şüşənin mənşəyi ilə bağlı araşdırma apardığı zaman şüşənin içindəki mesajın daha qədim tarixə malik olduğu məlum olub.
Şüşədən tapılan əlyazma qeydində deyilir: "Atlantic City NJ off Yacht Neptune 6-76 Avqust". Bununla da bu əlyazmanın, "WG & J Klemm" mebel şirkətinin vizit kartı olduğu müəyyən edilib.
Philadelphia Inquirer-in arxivlərinin bu məlumat əsasında araşdırılması nəticəsində məlum oldu ki, WG & J. Klemm adlı iki qardaş tərəfindən idarə olunan şirkət həqiqətən də 1800-cü illərin sonlarında mövcud olub. Smyth Murphy-nin araşdırması onu da ortaya qoydu ki, kağızda 1874-cü ildə Atlantik Siti yaxınlığında Kapitan Samuel Geyl tərəfindən yaradılan "Neptun" adlı qayığa da istinad var. Bütün bu ipucları Smit Murphy-nin qeyddəki “6-76 avqust” ifadəsinin 6 avqust 1876-cı ildə yazılmış olduğu qənaətinə gəlməyə səbəb olub.
Bununla belə, çox həyəcanlanmadan əvvəl yadda saxlamaq lazımdır ki, bu cür tapıntılar adətən Ginnesin Rekordlar Kitabı kimi səlahiyyətli orqanlar tərəfindən təsdiqlənməlidir. Smyth Murphy yoxlama prosesini başlatsa da, bu proses aylar çəkə bilər.
Mesajı kimin yazdığına gəlincə, bəlkə də bu, həlli çətin olan sirlərdən biri olaraq qalır. Smyth Murphy-nin Kapitan Geyllə bağlı araşdırmasına görə, onun qayığı Neptun, sərnişinləri müntəzəm olaraq Atlantic City Inlet-ə aparan məşhur kruiz yaxtası idi. Bu sərnişinlərdən hər hansı biri və ya kapitanın özü şüşəni dənizə atmış ola bilər.
Həll edilməsi çox çətin bir tapmaca olsa da, sirləri və araşdırmaları sevdiyini bildirən Smit Murphy buna hazır görünür.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
