Bu gün:

“Fast Food" yeməyin zərərləri nələrdir?


Gündəlik qida ehtiyaclarımızı ödəmək üçün yemək lazımdır. Bu, zülal və minerallar baxımından da böyük əhəmiyyət kəsb edir.

 

İnsan orqanizmi müəyyən miqdarda qidaya ehtiyac duyur. Qidaların tərkibindəki vitamin və minerallar sayəsində orqanizmin ehtiyacları ödənilir. Yemək vərdişləri insandan insana dəyişə bilər. 

 

Bəzi insanlar gündə üç dəfə müntəzəm olaraq yemək yeyirlər. Bəzi insanlar daha tez-tez yemək yeyə bilər.

 

Zərərli olduğu bilinsə də, bəzi insanlarda gecə qəlyanaltı yemək vərdişi var. Sağlam qidalanma insanların ümumi sağlamlığına müsbət təsir edən bir vəziyyətdir. Ancaq bu nöqtədə qidalanma vərdişlərinə diqqət yetirməkdə fayda var. Gecə yeməyin zərərləri olduğu kimi, tez-tez yemək yeməyin də zərərləri də var.

 

"Fast food" yemək vərdişi çox vaxt məşğul insanlar arasında vərdişə çevrilir. İnsanlar işə, məktəbə getmək, avtobus vaxtına hazır olmaq kimi vəziyyətlərdə yeməklərini daha tez yeyirlər. Bu vəziyyətdə bəzi sağlamlıq problemləri yarana bilər.

 

"Fast food" yeməyin sağlamlıq üçün təhlükələri nələrdir?

 

Sürətli yeməyin zərərləri metabolik problemlərdə özünü göstərir. Sürətli yemək yeyən insanlarda maddələr mübadiləsi sürəti yavaşlaya bilər. Həzm problemlərinin meydana çıxma ehtimalı da var. Zərərli yemək vərdişi kimi tanınan sürətli yemək bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Bağırsaq xəstəlikləri də sürətli yeməyin zərərləri arasındadır. İnsanların tez qida qəbul etməsi istifadə edilən qidanın qana daha tez daxil olması deməkdir.

 

Mənbə:medicalpark 


Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et