Alimlər sıxlığı o qədər aşağı olan planet kəşf ediblər ki, onu pambıq konfetlə müqayisə ediblər. WASP-193b adlanan bu yeni planet Yerdən 1200 işıq ili uzaqdadır və Yupiterdən 50 faiz böyükdür. Bu sirli planet elm aləmində ikinci ən aşağı sıxlıqlı planet kimi böyük maraq doğurur.

WASP-193b, öz ulduzunun ətrafında cəmi 6,25 gündə fırlanan inanılmaz dərəcədə aşağı sıxlığa malik qaz nəhəngi kimi təsvir edilir. Bu xüsusiyyətlər ona "pambıq konfet planeti" ləqəbini qazandırdı. Tədqiqatçılar planetin əsasən hidrogen və heliumdan ibarət olduğunu düşünürlər, lakin onun bu qədər aşağı sıxlığının səbəbləri hələ başa düşülməyib.
Bu təəccüblü kəşf kainatın dərinliklərində bizi gözləyən daha çox bilinməyənləri və sirləri ortaya qoyur. Alimlər WASP-193b-nin sirlərini açmaq üçün işlərini davam etdirərkən, bu cür kəşflər kainatın nə qədər böyük və mürəkkəb olduğunu bir daha xatırladır.
Mənbə: cumhuriyyet.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
