Kərəviz geniş istifadə olunan dərman bitkilərindən biridir. Qanı durulaşdırıcı və antioksidant funksiyaları vardır. Effektiv antiinflamatuar hesab edilən kərəviz qələvi tərəvəzdir və turşulu qidaları neytrallaşdırır.

Cəfəri ailəsinə aid olan və vətəni Şərqi Aralıq dənizi bölgəsinə aid olan və mülayim iqlimlərdə böyüyə bilən kərəviz bitkisinin boyu iki metrə çata bilir. İkiillik bitki olan kərəvizin qaymaqlı və ya ağ çiçəklərinin diametri üç-altı millimetrdir. Kifayət qədər böyük meyvəsi kartofu xatırladır və kərəvizdən bir çox növ yeməklərdə istifadə etmək mümkündür. Kərəvizin təxminən iyirmi alt növü məlumdur.
Kərəviz sapı və yarpağının faydaları nələrdir?
Kərəviz sapı şirəsi son illərin ən məşhur içkilərindən biridir. Çoxsaylı faydaları ilə tanınan kərəviz sapı suyu, xüsusilə, yüksək xolesterin və yüksək təzyiq kimi xəstəliklərə yaxşı gəlir. Tərəvəzin özü, yarpaqları, gövdələri və toxumlarında çoxlu miqdarda vitaminlər, minerallar və antioksidanlar var. Bundan əlavə, kərəviz sapı və yarpaqlarının suyunu sıxıb istehlak etmək çox faydalıdır.
Mənbə: Hürriyet
Tərcümə etdi: Uğur Hacıyev
