Yunanıstanın Euboea adasında işçilər su kəməri layihəsi zamanı eramızdan əvvəl 4-cü əsrə aid yaşayış məntəqəsinin izlərini aşkar ediblər.Yunanıstanda tapılan 2400 illik çınqıl mozaikasında musiqi sədaları altında rəqs edən quyruqlu iki çılpaq kişinin təsvirləri yer alıb.

Mozaika döşəməsi Euboea adasındakı Eretria şəhərində, qədim yunan yaşayış məntəqəsinin yerləşdiyi binanın bir hissəsi idi. Yunanıstan Mədəniyyət Nazirliyinin verdiyi açıqlamaya görə, tədqiqatçılar evi son klassik dövrə, yəni eramızdan əvvəl 4-cü əsrin ortalarına aid ediblər. Çünki mozaika döşəməsi yaxınlıqda Mozaika Evi kimi tanınan tikilidə tapılan başqa bir mozaika döşəməsinə çox bənzəyirdi. “Əla vəziyyətdə olan” mozaikanın eni 1,13 metrdir və quyruqlu, buynuzlu və sivri qulaqlı iki kişi satiranı təsvir etmək üçün müxtəlif rəngli çınqıllardan istifadə edilərək düzülmüşdür.
İki satirdən kiçiyi qoşa fleyta çalır, saqqallı böyüyü isə musiqi sədaları altında rəqs edir. Rəngarəng naxış "şounun fiqurlarına realizm və canlılıq əlavə edir". Yunan mifologiyasında Satirlər – Onlar şərab, həzz və “ritual dəlilik” tanrısı Dionislə sıx bağlı olan “vəhşi canlılar” kimi tanınırdılar.
Tədqiqatçılar mozaika ilə yanaşı, otağın üç tərəfi boyunca uzanan "qaldırılmış havan döşəməsi" də aşkar ediblər. Təsvirə görə, otaqda böyük ehtimalla kişilər yaşayırdı və mozaikada göstərildiyi kimi əyləncəli məclislər və ya ziyafətlər üçün məkan kimi istifadə olunurdu.
Klassik dövrün sonlarına doğru Euboeada "lüks fərdi evlər" daha çox yayılmışdı. Əlavə qazıntı işləri tələb olunsa da, çox güman ki, bu evin də qəsəbədəki digər evlər kimi mərkəzi həyəti olub.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
