Bu gün:

Gülüş dizaynı


Estetik stomatologiya dedikdə ağıla ilk gələn anlayışlardan biri də “təbəssüm dizaynıdır”. Gülüş dizaynı müxtəlif səbəblərdən estetik görünüşü pozulmuş diş və diş ətlərinin xəstələrin üz formaları və ehtiyacları nəzərə alınaraq mümkün qədər təbii və gözəl görünüşə qaytarılması prosesidir. 


Multidisipliner bir yanaşma olan təbəssüm dizaynı bir çox prosedurların birlikdə tətbiqi ilə həyata keçirilir. Hər bir xəstənin estetik ehtiyacları fərqli olacağından ediləcək prosedurlar fərdi olaraq müəyyən edilir. Bu prosedurlar təyin edilərkən xəstə; üz cizgiləri, cins, yaş və.s gözləntilər kimi faktorlar nəzərə alınır. İlk növbədə, mövcud çürük dişlər və diş əti xəstəlikləri müalicə olunur və diş təmizləmə prosedurları aparılır. Daha sonra xəstələrin ehtiyaclarına uyğun olaraq prosedurlar təyin olunur. Bu proseslərə daxildir: Diş əti estetik müdaxilələri, diş ətinin çıxarılması, dişlərin ağardılması (ağartma) üsulları, implant və protez tətbiqləri ilə diş əskikliklərinin kompensasiyası, çini laminat və venerlər, sirkonium örtüklər və ortodontik müalicələr (breket müalicəsi). Gülüş dizaynında, ilk növbədə, xəstənin estetik gözləntilərini anlamaq və ehtiyaclarını doğru müəyyən etmək çox əhəmiyyətlidir. Xəstənin ağzından alınan ölçülərlə hazırlanan modellər üzərində problemlər müəyyən edilir və planlar hazırlanır. Daha sonra xəstələrin ağız və üz fotoşəkilləri ilə kompüterdə xüsusi proqramlar vasitəsilə ölçmələr aparılır və üz formasına uyğunlaşma hesablanır. Müalicədən sonra meydana gələcək təxmini görüntülər xəstənin ağzına uyğun hazırlanmış proqramlar və müvəqqəti bərpalarla xəstəyə təqdim edilir və onların fikirləri alınır. Planlaşdırma tamamlandıqdan sonra ortodontik müalicə tələb olunmursa, əvvəlcə, diş ətindəki səviyyə pozğunluqları düzəldilir.  

Əskik dişlərin olduğu hallarda planlı implant əməliyyatları və zəruri hesab edilən digər cərrahi əməliyyatlar həyata keçirilir. Cərrahi əməliyyatların sağalma dövrləri tamamlandıqdan sonra lazım olduqda dişlərin ağardılması prosedurları tətbiq edilir. Bu mərhələdən sonra dişlərdəki vizual və formal qüsurlar bəzən estetik kompozit plomblar vasitəsilə düzəldilir. Bu metodun kifayət etmədiyi hallarda çini laminatlar və kaplamalar və sirkonium örtüklər işə düşür. Porselen laminat tətbiqləri üçün dişlərdə, ümumiyyətlə ya heç bir aşınma, ya da minimal aşınma aparılır. Əgər çini və ya sirkonyum tətbiqləri uyğun görülərsə, mərhələlər zamanı məşqlər zamanı xəstənin fikirləri yenidən alınaraq bəzi dəyişikliklər edilə bilər. Bəzən gülüş dizaynı zamanı tibbi estetik tətbiqlərdən də istifadə edilir.  Dodaqlara və üz nahiyələrinə tətbiq olunan dəri dolğuları və.s tətbiqlərlə təbəssüm ön plana çəkilə bilər.


Mənbə:medical park


Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et