Bu gün:

Squid Game-in ikinci mövsümü gəlir?


Squid Game bu il ikinci mövsümü ilə Netflix-ə qayıdır. "Əsl oyun başlayır" deyə anons bizi məyus bir şəkildə ələ salır. 2025-ci ildə buraxılması planlaşdırılan 3-cü mövsümü də çox gözləməli olmayacağıq. Həmçinin 3-cü mövsüm sonuncu mövsüm olacaq.


İkinci mövsümün təsviri aşağıdakı kimidir:

Kalmar Oyununu qazandıqdan üç il sonra, Oyunçu 456 oyunun arxasındakı insanları tapmaq və onların amansız idmanına son qoymaq qərarındadır. Gi-hun axtarışına ən bariz yerlərdən - metroda "ddakji" oynayan kostyumlu adamı axtarmaqla başlayır. Lakin onun səyləri nəhayət öz bəhrəsini verəndə təşkilatı çökdürməyin yolu onun düşündüyündən daha ölümcül olur: O, oyunu bitirmək üçün yenidən oyuna girməlidir.

Squid Game-in rejissoru, yazıçı və icraçı prodüseri Hwang Dong-hyuk öz açıqlamasında belə yazır:

Birinci mövsümün dünya miqyasında inanılmaz reaksiya ilə qarşılanmasından təxminən üç il keçdi. İkinci mövsümün tarixini elan etmək və son mövsüm olan üçüncü mövsümün xəbərlərini paylaşmaq üçün bu yazını yazmaqdan hədsiz dərəcədə həyəcanlıyam.

Ikinci mövsümü çəkməyə başladığımız ilk gün, “Squid Game dünyasına qayıtdığıma inana bilmirəm” deyə düşündüyümü xatırlayıram. Maraqlıdır, üç ildən sonra Squid Game-ə qayıtmağınız sizin üçün necə hiss olacaq?

Birinci mövsümün sonunda qisas alacağına söz verən Seong Gi-hun qayıdır və yenidən oyuna qoşulur. O, qisas almağı bacara biləcəkmi? Front Man bu dəfə də asan rəqib kimi görünmür. Onların iki dünyası arasındakı şiddətli qarşıdurma gələn il təqdim olunacaq üçüncü mövsüm ilə serialın finalına qədər davam edəcək.

Mənbə: forbes.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et