Avstriyanın Dunay Universitetində işləyən alimlər diqqətəlayiq bir araşdırma aparıblar. Alimlər plastik butulkalardan içki qəbul etməyin insan sağlamlığına mənfi təsir göstərə biləcəyini açıqlayıblar.

Alimlərin apardığı araşdırmada, plastik butulkalardan su içəndə mikroplastiklərin qan dövranına daxil olmasına və təzyiqin yüksəlməsinə səbəb olduğu müəyyən edilib.
Alimlər deyiblər ki, "Hərtərəfli araşdırmalarımız nəticəsində belə qənaətə gəldik ki, plastik butulkalarda olan içkilərdən uzaq durmaq lazımdır".
"Qan təzyiqində müşahidə etdiyimiz dəyişikliklər plastik hissəciklərin qəbulunun azaldılmasının ürək-damar riskini azalda biləcəyini göstərir", - deyə məlumatda bildirilib. Keçmişdə aparılan tədqiqatlarda tüpürcəkdə, ürək toxumasında, qaraciyərdə, böyrəkdə və ciftdə mikroplastiklər aşkar edilmişdir.
Mənbə: sozcu.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
