Rusiyanın Krasnodar vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər xəstəxanaya çatdırılıb.

"11 nəfər xəstəxanaya çatdırılıb. Bir nəfərə ambulator yardım göstərilib", - məlumatda deyilir.
Hadisə çərşənbə axşamı günorta saatlarında R-217 Qafqaz federal magistralının 178-ci kilometrliyində, Armavir şəhəri yaxınlığında baş verib, yük maşını, minik avtomobili və mikroavtobus toqquşub. Altı uşaq olmaqla 14 nəfər yaralanıb. Avtomobildə olan böyük və uşaq dünyasını dəyişib.
Faktla bağlı bir və ya bir neçə şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma (Rusiya Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsi) maddəsi ilə cinayət işi başlanıb.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
