
Şəxsi məlumat fərd haqqında hər cür məlumatı əhatə edir. Şəxsi məlumatlarımız, əlaqə məlumatlarımız, üzvlük məlumatlarımız, maliyyə və sağlamlıq məlumatlarımız və şəkillərimiz şəxsi məlumatlarımızın bir hissəsidir. Biz hər hansı bir sayta abunə olanda və ya forma doldurarkən, xidmət və ya məhsul alarkən və ya sosial media hesabı yaratarkən şəxsi məlumatlarımızı paylaşırıq. Ancaq zərərli təşkilat və təşkilatların icazəmiz olmadan şəxsi məlumatlarımızı paylaşması, sevmədiyimiz marketinq siyasətlərinə məruz qalmaqdan şəxsiyyət oğurluğuna qədər bir çox mənfi vəziyyətlərə düşməmizə səbəb olur.
Fərdi Məlumatların Qorunması Qanunu (KVKK) ilə Fərdi Məlumatlarımızı alan qurum və təşkilatlar məlumatlarımızı heç kimlə paylaşmayacaqlarını, məlumatlarımızı hansı məqsədlə istifadə edəcəklərini və nə qədər müddətə saxlayacaqlarını öhdələrinə götürürlər. Məxfilik hüquq və öhdəliklərinizi bilməklə bu neqativ halların qarşısını ala bilərsiniz. Rəqəmsal vətəndaşlıq hüquqlarınızı öyrənmək və rəqəmsal savadlılıq səviyyənizi artırmaqla daha təhlükəsiz internet istifadəsini təmin edə bilərsiniz.
Rəqəmsal vətəndaşlıq haqqında daha çox öyrənmək üçün bizi izləməyə davam edə bilərsiniz. Gəlin hamımız sosial mediadan təhlükəsiz istifadədən xəbərdar olaq .
Mənbə: Bilim.up
Tərcümə etdi: Sevil Azər
