Sevgi insan həyatında ən güclü hisslərdən biridir. Tarix boyu sevginin müalicəvi gücü həmişə maraq mövzusu olub. Müasir elmi araşdırmalarla bu sual daha da maraqlı olub, sevginin fiziki və psixoloji vəziyyətimizə təsiri daha yaxından araşdırılmağa başlayıb.
Sinir sistemi üzərində çalışan psixoloqlar və nevroloqlar bildirirlər ki, insan beynində sevginin yaratdığı kimyəvi reaksiyalar ağrının şiddətini azaldan endorfin və əhval-ruhiyyəni tənzimləyən oksitosin kimi hormonların ifrazını artırır. Bu kontekstdə sevginin ağrı kəsici təsirinin olub-olmaması məsələsi də gündəmə gəlib. Xəstə olduğumuz gündə, dostumuzla danışdığımızda, özümüzü yaxşı hiss etdiyimiz və “Dərman kimi gəldin” dediyimiz gündə sevginin təsiri ola bilərmi?
Sevgi ilə gələn təbii ağrıkəsicilər:
Ağrı, bədənin xarici stimullara və ya daxili zədələrə təbii reaksiyasıdır. Həm fiziki, həm də emosional səbəblərdən yarana bilər və həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Lakin uzun müddətli ağrılar gündəlik fəaliyyətimizi məhdudlaşdıra və psixi vəziyyətimizə mənfi təsir göstərə bilər. Ağrı müalicəsi insanların müsbət həyat sürməsi üçün vacibdir. Ağrı kəsiciləri ağrıları idarə etməyə və ağrı hissini azaltmağa kömək edən dərmanlardır. Bu dərmanlar ağrıları aradan qaldırmaq və ağrının həyat keyfiyyətinə mənfi təsirini azaltmaq üçün istifadə olunur. Ağrıya nəzarət dərman vasitəsi ilə əldə edilsə də, sevginin də ağrı kəsici təsirə malik olduğunu göstərən maraqlı araşdırmalar da var.
Mənbə: BilimUP.com
Tərcümə etdi: Günay Məmmədova
