Bu gün:

3500 yaşlı "Qışqıran qadın" mumiyası


Luksorda tapılan və ifadəsinə görə “Qışqıran qadın” adlandırılan Misir mumiyası əslində əzab içində ölmüş ola bilər. 1935-ci ildə Nyu York Metropoliten Muzeyi Misirə arxeoloji ekspedisiya təşkil edib. Luksor yaxınlığındakı Deyr Elbaharidə, qədim Thebes yerində, kral işlərinin memarı, nəzarətçisi və məşhur kraliça Hatşepsutun (e.ə. 1,479-1,458) aşiqi olduğu deyilən Senmutun məzarını qazıblar. Senmutun məzarının altında anası Hat-Nufer və digər naməlum qohumları üçün ayrıca dəfn otağı tapıblar.

Burada onlar maraqlı bir kəşf etdilər: qara parik taxmış yaşlı qadının mumiyasını daşıyan taxta tabut, gümüş və qızıldan iki skarab üzük. Lakin arxeoloqları heyran edən mumiyanın ifadəsi idi: ağzı geniş açıq idi, sanki qışqırırdı. Onu “Qışqıran qadın” adlandırdılar. İndi, onun dəfn edilməsindən minlərlə il sonra, Misir tədqiqatçıları Qışqırıq Qadını öyrənmək və onun həyatı və ölümü haqqında öyrənmək üçün ən müasir elmi üsullardan istifadə ediblər. "Burada qadının bahalı, xaricdən gətirilən balzamlama materialları ilə mumiyalaşdırıldığını göstəririk" deyib Sahar Saleem. “Bu və mumiyanın yaxşı qorunub saxlanmış görünüşü daxili orqanların çıxarılmamasının zəif mumiyalaşmadan xəbər verdiyinə dair ənənəvi inamla ziddiyyət təşkil edir”.

Qışqıran Qadın 1998-ci ilə qədər Qahirənin Kasr El Ainy Tibb Fakültəsində saxlanılıb, burada 1920-1930-cu illərdə Tutanxamon da daxil olmaqla bir çox kral mumiyaları tədqiq edilib. Daha sonra Qədim Əsərlər Nazirliyinin tələbi ilə Qahirə Misir Muzeyinə köçürüldü. 1935-ci ildən mumiyanın tabutu və üzükləri Nyu-Yorkun Metropoliten Muzeyində sərgilənir.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et