Bu gün:

Çexiyada 3600 illik zinət əşyaları və silah tapılıb


Arxeoloqlar Çexiyada tarlada adi tədqiqatlar apararkən Tunc dövrünə aid artefaktlar kolleksiyasını aşkar ediblər. Praqadan təxminən 56 kilometr şimal-qərbdə yerləşən Budyně nad Ohri şəhəri yaxınlığında tapılan bürünc əşyalara səkkiz qol halqası, iki iynə, səkkiz balta və bir nizə ucu daxildir.

Tədqiqatçılar metal detektorlardan istifadə edərək tapdıqları bu obyektlərin əksəriyyətinin eramızdan əvvəl 1600-cü ilə aid olduğunu təxmin edirlər. Říp Rayon Muzeyinin kuratoru və Jan Evangelista Purkyně Universitetinin dosenti Martin Trefný deyir: "Əşyaların əksəriyyəti Orta Tunc dövrünə aiddir, yalnız bir balta daha əvvəlki dövrə aiddir". Sözügedən köhnə balta erkən tunc dövrünə aiddir. "Baltalar həm alət, həm də silah kimi istifadə edilə bilər" deyib Trefny. Nizə ucluqları silah kimi xidmət edirdi. "Qolbaqlar qolun bəzəyi idi və sancaqlar ya paltarları bərkitmək, ya da qadınların saçlarını tərtib etmək üçün istifadə olunurdu" deyir.

Arxeoloqlara bu kolleksiyanın niyə basdırıldığı hələ də aydın deyil, lakin onlar üç ehtimal irəli sürürlər.

"Birinci ehtimal odur ki, artefaktlar nəzir kimi xidmət edirdi, yəni tanrılara təqdim kimi xidmət edirdi" deyib Trefny. "İkinci imkan iqtisadi funksiyadır, burada o, məsələn, müəyyən əsərlərin istehsalçıları üçün saxlama kimi şərh olunur”. deyir.

Alternativ olaraq, basdırılmış əşyalar böhran vəziyyətini əks etdirə bilər. Məsələn, bütün bu artefaktları düşmənlərdən gizlətmək lazım gələ bilərdi.

"Bütün bu əşyalar 3500 il əvvəl Mərkəzi Avropada bürünc tökmə və emalçıların texnoloji tərəqqisinə dəlalət edir".

“Yerdən tapılan əsərlərin kompozisiyaları da dövrün döyüş texnikası, əl işləri və müasir dəbini anlamağa kömək edir. Toplunun ritual əhəmiyyət daşıdığını nəzərə alsaq, o dövrün dini ilə bağlı müəyyən məlumatlar da verə bilərlər”.

Sözügedən bürünc əsərlər yaxın gələcəkdə Praqadan təxminən 50 km şimalda yerləşən Podřipské Muzeyində sərgilənəcək.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et