Nil çayı Eritreya, Keniya, Burundi, Uqanda, Konqo, Tanzaniya, Efiopiya, Sudan, Misir və Ruanda da daxil olmaqla Afrikanın 10 ölkəsindən keçir. Ümumilikdə çayın uzunluğu təxminən 4,132 mildir.

Dünyanın ən uzun çayı olan Nil çayı Qədim Misirdə mühüm yer idi. Qahirə və Luksor kimi böyük şəhərlər çay boyunca yerləşir. Bundan əlavə, məşhur Rosetta daşı 1787-ci ildə Rosetta şəhərində Nil çayı boyunca tapılıb. Bu daş tarixçilərə Qədim Misirdə istifadə edilən heroqlifləri başa düşməyə kömək etməkdə əhəmiyyətli idi.
Nil çayı 21-ci əsrdə öz əhəmiyyətini qoruyub saxlamaqda davam edir. Nil Deltası bölgəsində 40 milyon insanın yaşadığı güman edilir.
Mənbə: 411answers.com
Tərcümə etdi: Günay Ələskərova
