Bu gün:

Bu 6000 illik tumulus Avropanın ən qədim dəfn abidəsi ola bilər


Quruluşun Neolit Dövrü Huni-Beaker (Zəngvari dulusçuluq) mədəniyyətinin arxasındakı insanlar tərəfindən inşa edildiyi güman edilir.

Arxeoloqlar Çexiyada magistral yolun kənarında aparılan qazıntılar zamanı Avropanın ən böyük tarixdən əvvəlki tumulunu aşkar ediblər. Tədqiqatçılar Çexiyada 6000 illik nəhəng tumulus aşkar ediblər ki, bu da Avropanın ən qədim və ən hündür dəfn abidələrindən biri ola bilər. Hradec Králové Universitetindən verilən açıqlamaya görə, tumulun uzunluğu təxminən 190 metr, eni isə təxminən 15 metrdir və şimal-şərq-cənub-qərb oxu üzərində yerləşir.

Arxeoloqların eramızdan əvvəl dördüncü minilliyə aid olduğuna inandıqları bu abidə Avropada indiyə qədər tapılmış ən qədim dəfn abidələrindən biridir. Bu tarix eramızdan əvvəl 3.800-3.350-ci illər arasında bölgədə yaşamış Huni-Beaker mədəniyyəti insanlarına təsadüf edir. Bu mədəniyyət öz adını bir çox dəfnlərində qəbir əşyası kimi istifadə edilən fərqli saxsı qablardan alır.

Hradec Kralove Universitetinin arxeoloqu Petr Kristuf açıqlamasında bildirib ki, tumul “təkcə bizim regionda deyil, yəqin ki, bütün Avropada tarixdən əvvəlki ən uzun tumulusu təmsil edir”.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et