Meteor yağışı bir sıra meteorların atmosferə girərək yanması ilə müşayiət olunan səma hadisəsidir. Normal vaxtlarda Yer kürəsi daim irili-xırdalı daşlarla bombalanır. Beləliklə, istənilən vaxt meteor hadisəsini görə bilərsiniz. Bununla belə, meteor yağışları spesifikdir, hər il eyni tarixlərdə, orbitimizin bu daş parçalarının orbiti ilə kəsişməsi nəticəsində baş verir.

Sözügedən meteorların radiasiya adlanan nöqtədən səpələndiyi görünür. Bu mənşə nöqtəsi tez-tez adını meteor yağışına verir. Ümumiyyətlə, əgər onlar bürcə yaxın bir nöqtədən səpələnmişlərsə, həmin bürcün adını daşıyırlar.
Ən məşhur meteor yağışı Perseid meteor yağışıdır. Adını səpilmə nöqtəsinə yaxın olan Perseus (Qəhrəman) bürcündən götürüb və hər il avqustun ortalarında rast gəlinir.
Meteor yağışını necə müşahidə etmək olar?
Meteor yağışlarının sürətləri, ümumiyyətlə, saniyədə 20-80 km arasında dəyişən meteoritlərin atmosferə daxil olması zamanı baş verən göy hadisələridir. Ölçüləri qum dənəsindən tutmuş çınqıl daşına qədər dəyişən bu son dərəcə sürətli meteoritlər atmosferə daxil olduqda hava sürtünməsi nəticəsində yanır və yox olur.
Mənbə: evrimagacı.com
Tərcümə etdi:Nuray Mürsəlova
